Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda özlərini satan kişilər- FOTO

Azərbaycanda özlərini satan kişilər

 

 

 

Son illər Azərbaycanda sosial şəbəkələrin inkişaf tempi artdıqca bu şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edən şəxslərin də sayı artmaqdadır

 

Yenixeber.org: Sosiallaşmaq, xəbər oxumaq, gündəmdə baş verən hadisələrə münasibət bildirmək məqsədləri ilə yanaşı, tanışlıq məqsədi güdənlərin də azlıq təşkil etmədiyi bəlli həqiqətlərdəndir.

Öncələr müxtəlif "wap" saytlarındakı çatlardan istifadə edən bu kütlə, indi sosial şəbəkələrdən və hətta elan saytlarından istifadə etməyi üstün bilir.

Maraqlı olan bir digər məqam isə, tanışlıq üçün heç bir əhəmiyyət kəsb etməyən elan saytlarıdır. Artıq bu saytlarda evini, maşınını, telefonunu və ya şəxsi əşyasını satmaq istəyənlərlə yanaşı "Varlı qız axtarıram" elanlarını da görmək mümkündür.

Kiçik araşdırma zamanı bəlli oldu ki, elan saytlarında yerləşdirilən bu fotolardan çox insanın xəbəri yoxdur. Yəni şəxs özü saytda yerləşdirilən elandan xəbərsizdir və bunun necə baş verməsi haqqında fikri yoxdur. Ancaq öz istəyi ilə bu elanları yerləşdirənlərin də sayı azlıq təşkil etmir.

Elanlar daha çox ölkə üzrə məşhur "tap.az", "elan.az" kimi saytlarda yerləşdirilir.

Elanlar arasında diqqətimizi çəkən məqam isə bir çoxlarının imkanlı xanımlarla ailə qurmaq istəmələridir. Bu cür elan yerləşdirən şəxslər açıq şəkildə bu istəklərini ifadə edir və onlarla münasibət qurmaq istəyən xanımların zənglərini gözlədiklərini yazırlar.

Həmin elanlardan bəzilərini diqqətinizə çatdırırıq:

Azərbaycanda özlərini satan kişilər

 

Azərbaycanda özlərini satan kişilər

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam