Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Rəssamlar İttifaqı “Təsviri sənət həftəsi”nə start verib

 

 

Bu gün Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda “Təsviri sənət həftəsi” layihəsi çərçivəsində “Soltan Məhəmməd” mükafatı uğrunda rəssamların əsərlərindən ibarət sərgi açılıb

 

Yenixeber.org: Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan sərgidə 50-dək sənətçinin əsərləri nümayiş olunur.

Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Sənət əsərlərinin məna və məzmununa görə mükəmməliyindən bəhs edən F.Xəlilov bildirib ki, sərginin ekspozisiyasında nümayiş olunan əsərlər rəngkarlıq, qrafika, tətbiqi dekorativ sənət, batika, xalçaçılıq, heykəltəraşlıq və digər janrlardadır.

Bildirilib ki, hər il ənənəvi olaraq təşkil olunan sərgiyə təqdim edilən 100-dək sənət əsərində incəsənətin bütün janrlarını görmək yüksək təəssürat yaradır. Habelə, ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır. Müsabiqəyə qatılmış hər bir iştirakçıya minnətdarlığını bildirən F.Xəlilov onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Qeyd edək ki, martın 28-dək davam edəcək “Təsviri sənət həftəsi” çərçivəsində paytaxtın bir sıra aparıcı sərgi salonlarında müxtəlif sərgilərin açılışı nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam