Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Belçikanın Ham şəhərində Novruz şənliyi təşkil olunub

 

 

Belçikanın Ham şəhərində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti və Ham bələdiyyəsi tərəfindən birgə ənənəvi Novruz şənliyi təşkil olunub

 

Yenixeber.org: Azərbaycanın Belçika Krallığındakı səfirliyindən verilən məlumata görə, tədbirdə Belçika və Ham şəhəri ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, eləcə də Azərbaycanın Belçikadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı Ham şəhərinin meri Dirk De Vis, Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və Səfirlik nümayəndəsi çıxış edərək bu qədim bayramın önəmindən bəhs edib, onun Avropa şəhərlərində qeyd edilməsinin Azərbaycanın zəngin milli-mədəni irsinin beynəlxalq tanınmasına xidmət etdiyini qeyd ediblər. 2009-cu ildən etibarən UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş Novruzun, Ham şəhəri misalında müxtəlif mənşəli şəxsləri bir araya gətirərmək kimi keyfiyyətə malik olmaqla, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşma aşılayaraq hazırki təlatümlü dünyada mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Habelə, 2017-ci ildə Ham şəhərinin bələdiyyə binası qarşısındakı mərkəzi meydanda ucaldılmış "Qarabağ Atı" abidəsinin Azərbaycan və Belçika arasında sıx dostluq əlaqələrinin rəmzi olduğu xüsusi vurğulanıb.

Bunun ardınca Novruz ənənələri haqqında videoçarx nümayiş etdirilib və Azərbaycan xalqının bayram adət-anənələri haqqında iştirakçılara məlumat verilib.

Tədbirin sonunda Azərbaycanlı müğənni Çingiz Mustafayev tərəfindən Azərbaycan musiqi nümunələri ifa olunub və iştirakçılar tərəfindən böyük rəğbərlə qarşılanıb. Daha sonra milli şirniyyat və mətbəx nümunələrindən ibarət bayram süfrəsi açılıb. Tədbir yerli mətbuatda işıqlandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam