Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Yunanıstanın Azərbaycandakı səfiri Lənkəranda olub

 

 

     Sentyabrın 23-də Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsunqas Lənkərana səfərdə olub.
     

     "Xeberinfo.com":Cənub regionu ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətində olan qonağı İcra başçısı Taleh Qaraşov qəbul etmişdir. ŞİH-nin rəsmisi cənab səfiri salamladıqdan sonra ona Lənkəran rayonu, tarixi, coğrafi mövqeyi, əhalisi haqqında ətraflı məlumat vermiş, rayonun turizm potensialı barədə danışmış, xarici turistlərin Lənkərana cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.

Cənab Dimitrios Tsunqas səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Ötən ilin avqust ayında Azərbaycana səfir təyin edildiyini söyləyən qonaq Cənub regionuna ilk dəfə səfər etdiyini diqqətə çatdırmış, Azərbaycan-Yunanıstan respublikaları arasında dostluq əlaqələrindən, bu əlaqələrin daim inkişaf etməsindən danışmış, odlar diyarı Azərbaycanla qədim tarixə malik Yunanıstanın oxşar cəhətlərindən, Lənkəranda turizm üçün geniş imkanların olmasından bəhs etmişdir.
    Görüş zamanı müxtəlif mövzuda söhbət getmiş, fikir mübadiləsi aparılmışdır.
Sonda İcra başçısı Taleh Qaraşov səfirə Lənkəran xalçası və Lənkəran haqqında foto-albom hədiyyə etmişdir.
Cənab səfir isə İcra başçısına Yunanıstan haqqında bukletlər və kitab bağışlamışdır.
Həmin gün cənab Dimitrios Tsunqas Heydər Əliyev Xatirə parkında gəzintiyə çıxmış, Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olmuşdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam