Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycan çempionatına qadınların mübarizəsi ilə start verildi

Azərbaycan çempionatına qadınların mübarizəsi ilə start verildi

 

 

24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib

 

Yenixeber.org: Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və federasiyanın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Körpücük üzərinə ilk olaraq qadın ağır atletlər çıxıblar. Onlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyənləşdiriblər. Qızıl medala toplam 169 kq (74+95) nəticə və 253.42 xalla Səbinə Əzimova sahib çıxıb. İkinci yeri toplam 183 kq (80+103) nəticə və 243.91 xalla Elnarə Abbasova, üçüncü yeri toplam 149 kq (66+83) nəticə və 236.17 xalla Mərziyyə Məhərrəmova tutub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam