Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Masallıda baş verən güllələnmənin təfərrüatı açıqlanıb

 

Masallı rayonunda ötən axşam bir neçə güllə yarası alan şəxs Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə keçirilib

 

Yenixeber.org: Masallı rayonunun Qızlavar kənd sakini 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayevin üzərində cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib. Onun bədənindən 4 ədəd güllə çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Ağayevin vəziyyəti ağır olaraq qalır.

Bu arada hadisənin bəzi təfərrüatı məlum olub. "Report"un əldə etditi məlumata görə, insident kənd qəbiristanlığının yaxınlığında baş verib. "Mercedes" markalı avtomaşında olan üç nəfər A.Ağayevin qarşısını kəsib. Onlardan biri ana tərəfi Qızlavar kənindən olan, Masallı şəhərində yaşayan Zaur adlı şəxsdir. Avtomobildə olanlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar. İnsidentin motivinin əslində A.Ağayevlə deyil, onun oğlu ilə əlaqəli olduğu söylənilir. Belə ki, atasından oğlunun yeri soruşulub, demədiyi üçün o, güllələnib.

İnsidentlə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam