Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb-Saatlıda

 

 

Hadisə zamanı yük maşını ilə minik avtomobili toqquşub© Report

Yenixeber.org: Saatlı rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Yaralılardan biri 1970-ci il təvəllüdlü İmişli rayon sakini Rəfiyev Rəşad Çingiz oğludur. Hazırda ölənlərin və digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, qəzada ölənlər İmişlinin Yalavac kənd sakinləridir. Hazırda “Shacman” markalı yük maşınında sıxılıb qalmış Bakıdan olan yaralının çıxarılması istiqamətində xilasedicilər tərəfindən iş aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam