Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Ermənistan silahlı qüvvələri atəşkəsi 101 dəfə pozub

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 101 dəfə pozub

 

Yenixeber.org: Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr