Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Putin devrilsə nə baş verər?

 

 

 

                 “Rusiya Putinsiz də cəhənnəmə çevrilər…”

 

 Almaniyanin dünyaca məşhur “Der Spigel” jurnalı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Putinin devrilməsinə səbəb olub-olmayacağı, Putin devrilərsə nə baş verəcəyinin araşdırıldığı maraqlı təhlili məqalə dərc edib.  "Xeberinfo.com" "AzPolitika.info"ya istinadən “Əgər Rusiya prezidenti Putin devrilərsə” adlı məqalənin tərcüməsini təqdim edir.

Rusiyaya qarşı tətbiq edilmış iqtisadi sanksiyalar Vladimir Putinin devrilməsinə gətirib çıxara bilərmi? İndiki zamanda buna ümüd edənlər Moskvadakı hakimiyyət dəyişikliyinin nə ilə nəticələnəcəyini tam olaraq anlamayanlardır.

Rusiya iqtisadiyyatını dağıtmaq çox çətin bir məsələ deyil və Kremlin özü də bunun üçün heç də az iş görməyib. 2008-ci ildən indiyədək Rusiyadan 470 milyard avrodan artıq pul “axıb” gedib və ölkənin valyuta ehtiyyatı 2012-ci ildən başlayaraq, müntəzəm şəkildə azalmağa doğru gedir. Hətta yüksək neft qiymətləri də iqtisadiyyatın yüksəlməsinə yardım edə bilmir. Əhalinin istehlak qabiliyyəti azalır və yeni iqtisadi yüksəliş üçün heç bir təkanverici əlamət hissə olunmur.

Güman edilə bilər ki, iqtisadi və müəyyən dərəcədə siyasi problemlərin hesabına Putinin vəziyyəti dayanıqsız olmalıdır. Putin 2011-ci ilin sonunda keçirilən kütləvi etirazlara cavab olaraq sərtləşdirilmiş senzura tətbiq etdi və müxalifət nümayəndələrinə cinayət işi açmaqla reaksiya verdi. İndi vəziyyət sakitləşsə də, onu elədə yaxşı adlandırmaq olmaz. Əlbətdə, hazırda Putin öz vətəndaşları tərəfindən heç zaman olmadığı kimi rəğbətlə qarşılanır. Bununla yanaşı insanlar hazırkı sistemə etiraz edərək Kremlpərəst “Vahid Rusiya” partiyasını “dələduzlar və oğrular” adlandırırlar. Vladimir Jirinovski kimi “müxalifətçiləri” artıq çoxdandır ki, heç kim ciddi qəbul etmir. Bu yaxınlardakı seçkilərdə Kremlin qalib gəlməsinə baxmayaraq, vətəndaşların orada iştirak etməməsi də açıq şəkildə bəlli oldu.

PutinVladimir Putinin siyasi sonunu təsəvvür etmək üçün geniş fantaziyaya ehtiyac da yoxdur. Rusiyadakı seçkilər obyektiv olmadığı üçün qarşıdan gələn seçkilərdə Putinin qalib gəlməyəcəyini söyləmək mümkün deyil. Onda ortada iki variant qalır:

Birinci varianta görə indiki Kreml elitası Putinin yerinə yeni bir namizəd tapır.

İkinci variantda isə korrupsiya və iqtisadi staqnasiyanın rus xalqını yaxalayacağı günlərin birində onlar Putini və onun ətrafını devirirlər.

Bəs sonra necə olacaq? Putindən daha radikal fəaliyyət göstərə biləcək şəxsin Kremlə gələ biləcəyindən ehtiyyat etməyə dəyərmi? Əgər Kremldə əyləşənlər Putini əvəz edən bir şəxs arzulasalar, onda onlar bunu onun əhatəsindəkilərin içindən axtarmalıdırlar. Ancaq uzunmüddətli hakimiyyəti dövründə Putin yalnız “şahinlərin” mövqeyini gücləndirib və bütün liberalları isə demək olar ki, tamamilə qovub.

Putinin devrilməsi qurtuluş deyil və inqilabı ssenarı də arzuolunmazdır. Çünki belə olacağı zaman hakimiyyətə həm sağların və həm də ki, solların gəlməsini istisna hesab etmək olmaz. Rusiyada həmin iki düşərgə arasındakı fərq demək olar ki, ancaq şərtidir. Beləliklə də Putinin devrilməsi nə Avropa, nə də ki, Rusiya üçün qurtuluş sayılmamalıdır. Demokratik qüvvələrin hakimiyyətə gəlmək şansları praktik olaraq yoxdur və son dövrlər isə Kreml onları sistemli şəkildə əzməklə məşğuldur. Müxalifətin parlaq nümayəndələrindən biri olan Aleksey Navalnıy neçə aydır ki, ev həbsində saxlanılır. Rusiya Dövlət Dumasında Krımın anneksiyasının əleyhinə yeganə səs verən deputat İlya Ponamaryov ölkədən qaçıb.

Almaniyanın ”Die Welte” qəzeti bu yaxınlarda Putini “cəhənnəmə aparan şossedə”şütüyənə bənzətmişdi. Yalnız buna sevinənlər dünyanın böyük nüvə dövləti olan Rusiyanın öz qonşularını Putinsiz də cəhənnəmə çevirə biləcəyini düşünməyənlər ola bilər.
Bütün bunlardan hansı nəticə çıxarmaq olar?

Bu məsələdə bir neçə heç də yaxşı sayılmayacaq alternativin üzərində dayanmaqdan başqa seçim yolu qalmır.
NATO-nun güclənməsi haqqında düşünmək lazımdır. Ona görə ki, Putindən sonra hakimiyyətə kimin gəlməsinin fərqinə varmadan da yarana biləcək hər hansı qarşıdurmaya hazırlıq potensialı əldə edilməlidir. Eyni zamanda da Qərb tezliklə Moskva ilə dialoq qurmalı və onlara kompromislər təklif etməlidir. Belə addımlar buna Putinin layıq olmasına görə deyil, izolyasiyaya düşən Rusiyanın daha çox problemlər yaratmaması üçün atılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam