Redaktor seçimi
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Günün xəbəri

Şəhriyar Məmmədyarov bu gün Levon Aronyanla qarşılaşacaq

 

 

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün IX turun görüşləri keçiriləcək

 

Yenixeber.org: Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşacaq. 

Məmmədyarov əvvəlki oyunlarından 2 qələbə, 6 heç-heçə, Aronyan isə 1 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin)

Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya)

Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya)

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 

8 turdan sonra Karuana 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.

Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq. 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr