Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Belaruslu futbolçu:Mənim üçün rəqibin Azərbaycan və ya Fransa olması vacib deyil"

 

 

"Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda danışmamışıq"

 

Yenixeber.org: Bunu Belarus millisinin futbolçusu İvan Mayevski "Pressbol"a müsahibəsində deyib. Hazırda Qazaxıstan "Astana"sında çıxış edən 30 yaşlı dayaq yarımmüdafiəçisi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq maraqlıdır: "Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır".

Milliyə yaxşı əhval-ruhiyyədə gəldiyini deyən Mayevski bunu "Astana"nın mövsümə yaxşı başlaması, yazın gəlişi və yığmadakı futbolçularla çoxdandır görüşməməsi ilə əlaqələndirib. O, dünya çempionatının seçmə qrup mərhələsindəki məğlubiyyətlərdən müəyyən nəticələr çıxarmalı olduqlarını da əlavə edib.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək. Bundan 4 gün sonra isə Azərbaycan millisi Türkiyənin Antalya bölgəsində Makedoniya ilə, Belarus isə Lyublyanada Sloveniya ilə üz-üzə gələcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam