Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Rabitə işi"ndə təqsirləndirilən şirkət rəhbəri ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir

 

 

"Rabitə işi"ndə təqsirləndirilən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov yenidən məhkəməyə müraciət edib

 

Yenixeber.org: Şirkət rəhbəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın üç ay müddətinə götürülməsini istəyir.

Lakin məhkəmə onun ərizəsini təmin etməyib.

Həmin qərardan narazı qalan N.Məmmədov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə apellyasiya şikayəti araşdırılır. İlkin baxış iclasında anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və N.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib. N.Məmmədovun barəsində isə şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam