Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Bayramın ilk günü hava belə olacaq

 

Bayramın ilk günü hava yağmursuz olacaq
Yenixeber.org: Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 12-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq. ETSN xəbərdarlıq edir ki, martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir. 

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr