Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda 4 televiziya prezidentliyə namizədlər üçün ödənişli təşviqata qoşulub -QİYMƏTLƏR

 

 

Bir saniyə efir vaxtı üçün minimum qiymət 26, makimum qiymət 100 manatdır

Yenixeber.org:  Azərbaycanda 4 televiziya aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparacağını və təşviqat üçün qiymətləri açıqlayıb.

“Report”un xəbərinə görə, “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının (ATV) qiymət cədvəlinə əsasən, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 36 (saat 10:00) manatdır. Bir saniyə efir vaxtının maksimum qiyməti isə 75 (saat 21:15) manatdır.

"Xəzər" televiziyasında çıxışın saniyəsi minimum 40 (saat 11:50), maksimum isə 100 manat (saat 20:20) müəyyən edilib.

ARB televiziyasında isə bu rəqəm 26 - 65 manat arasında dəyişir.

Qiymətlərə ƏDV daxil deyil.

Xatırladaq ki, İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib. İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğludur (Məmmədov).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam