Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır"

 

"Bəzi insanların tərbiyəsizlik etməsi dünyanın bütün ölkələrində var"

Yenixeber.org:  Bunu Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.O, sosial şəbəkələrdə təhqir xarakterli materialların yerləşdirilməsinə etirazını bildirib: "Bəzi mərkəzlər bununla bağlı iş aparırlar. Bizi narahat edən budur. Sosial şəbəkələri kimsə qadağan edə bilməz, ona görə də Azərbaycan ictimaiyyətini maariflədirmək lazımdır. Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır. Həmin videolara da xeyli baxış sayı olur, amma bu, o demək deyil ki, onu dəstəkləyirlər. Çalışmalıyıq ki, əhalini ayıq saxlayaq ki, nəticə çıxara bilsinlər. Pis cəhət ondan ibarətdir ki, həmin məsələlərə münasibət bildirdikdə daha da populyarlaşır. Ölkənin təhlükəsizliyi önə çıxırsa, dərhal tədbir görülməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam