Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Əli Həsənov seçki ilə bağlı KİV-ə müraciət etdi

 

Prezidentin köməkçisi seçki ilə bağlı KİV-ə müraciət etdi
“Kütləvi İnformasiya Vasitələrinin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir”

Yenixeber.org: Məlumata görə, bunu prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rol və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.
Prezidentin köməkçisi bildirib ki, KİV-lər namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir: "KİV-lər bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. Bu, KİV-lərin peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir".

Əli Həsənov qeyd edib ki, KİV-lərdə ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır. 

"Mən KİV-lərin peşəkarlıqla bu məsələnin öhdəsindən gələcəyinə inanıram. Digər tərəfdən pullu efir vaxtı ilə Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də olmalıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam