Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanın Fransadakı səfirliyində seçki məntəqəsi yaradılıb

 

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Respublikasının Fransa Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb

Yenixeber.org:  Bu barədə sechki-2018.az saytına Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin 4.12.-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.3.-cü maddəsinin tələblərini rəhbər tutaraq, konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olaraq bu ölkədə səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsində köməklik göstəriləcək.

Məlumatda qeyd edilir ki, səfirlik konsulluq qeydiyyatında olan 18 yaşına çatmış 320 nəfər Azərbaycan Respublikası vətəndaşının - aktiv seçki hüququna malik seçicilərin siyahısını XİN vasitəsilə Mərkəzi Seçki Komissiyasına təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam