Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiyada prezident seçkisinin yekun nəticələri on gün ərzində açıqlanacaq

 

 

Yenixeber.org: Rusiyanın fəaliyyətdə olan prezidenti Vladimir Putin yenidən bu vəzifəyə seçilib.

“Report” xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova açıqlayıb.

Bildirilib ki, martın 18-də Rusiyada prezident seçkisi 97 min seçki məntəqəsində keçirilib. Səsvermədə seçicilərin 67,4 faizi iştirak edib.

Səsvermənin nəticələrinə görə, Vladimir Putin 76,6 faiz səs toplayıb. Ona 56 milyon 200 min seçici səs verib.

Məlumata görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin 11,92 faiz səslə siyahıda ikinci yerdə, Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovski 5,77 faiz səslə üçüncü yerdə qərarlaşıb.

"Vətəndaş təşəbbüsü"nün namizədi Kseniya Sobçak 1,67 faiz, Qriqori Yavlinski 1,04 faiz seçici səsi toplayıblar. Seçicilər Boris Titova 0,76 faiz, Maksim Suraykinə 0,68 faiz, Sergey Baburinə 0,65 faiz səs verib.

Ella Pamfilova deyib ki, on gün ərzində prezident seçkisinin rəsmi nəticəsi açıqlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam