Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paytaxtda narkoşəbəkə ifşa edilib -FOTOLAR

Bakıda narkoşəbəkə ifşa edilib - FOTOLAR
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən daxil olan məlumata görə, əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini, Elxan Səfərzadə narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. 

Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 büküm şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı E.Səfərzadəyə narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o, heroini Yuriy adlı şəxsdən alıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini, Yuriy Babayev də saxlanılaraq istintaqa təqdim olunub.

Bölmə əməkdaşları narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirən zaman müəyyən ediblər ki, Y.Babayevə heroin Balaxanı qəsəbə sakini Əzim Əzimov tərəfindən satılıb.

Həmin şəxs də polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib. Ə.Əzimovun üzərində şəxsi axtarış aparılan zaman cibindən hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.





 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam