Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanlı polis serjantı qaydasız döyüş üzrə Avrasiya çempionu olub -FOTO

Azərbaycanlı polis serjantı qaydasız döyüş üzrə Avrasiya çempionu olub -

 

Gürcüstanın Rustavi şəhərində MMA qarışıq döyüş növü üzrə Avrasiya çempionatı keçirilib. Azərbaycanı təmsil edən Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirməsi Rəşad Vəliyev 90 kq-dan artıq çəki dərəcəsində peşəkarların yarışında Avrasiya çempionu kəmərinin sahibi olub

Yenixeber.org: DİN-dən Milli.Az-a verilən mləumata görə, Rəşad Vəliyev DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə polis taborunun əməkdaşı, polis serjantıdır.

O, əvvəllər özünü idmanın yunan-Roma güləşi üzrə də sınayıb, respublika və Bakı birinciliklərində fəxri kürsünün ilk pilləsinə qalxıb. Hazırda əlbəyaxa döyüş növləri ilə məşğul olur. İndiyədək çoxlu uğurlu döyüşləri olub. R.Vəliyev ötən il qaydasız döyüş üzrə baş tutan dünya çempionatında qızıl medal qazanıb. Yeddiqat respublika çempionu olan təmsilçimiz, beynəlxalq turnirlərdə də baş mükafata layiq görülüb.

Qeyd edək ki, Rəşadı bu yarışlara DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyev hazırlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam