Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Jurnalist qəzada öldü

 

               Şamaxıdakı dəhşətli qəzada ölənlərdən biri jurnalist olub

    "Xeberinfo.com": Ötən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərdən biri jurnalist olub. Bu barədə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışan Fuad Abdürrəhmanlı qəza zamanı avtomobildə olub.

“Fuad bu yaxınlarda Türkiyəyə gedəcəkdi. O, Türkiyədə doktorluq işi üzrə müdafiə etməliyidi. Ailəsilə birlikdə Ankaraya yola düşməli idi. Özü həmişə siyasi-ictimai hadisələrin fəal iştirakçı olub. Həftə sonu olduğu üçün yaxınları ilə birlikdə Şəkiyə getmişdi”.

Qeyd edək ki, ötən gecə saat 00:10 radələrində Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza zamanı 1966-cı il təvəllüdlü Əlövsət Tahir oğlu İsmayılov, onun sərnişinləri – 1981-ci il təvəllüdlü Elçin Rasim oğlu Məmmədov, 1973-cü il təvəllüdlü Elşad Hikmət oğlu Hüseynov və 1986-cı il təvəllüdlü Fuad Şahid oğlu Abdürrəhmanlı qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam