Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vaqif Abdullayev "şuba məsələsi" ilə şantaj olunur?Raisə İsgəndərovaya qarşı iddia


5

Vaqif Abdullayev onu şuba məsələsi ilə şantaj edəni təhsil şöbəsinin müdiri təyin edir?
Beyləqan 7 saylı məktəbin direktoru Raisə İsgəndərova təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın yerinə keçmək istəyir



Yenixeber.org: Son bir həftədə oğlunun iş yoldaşını bıçaqlaması ilə gündəmə gələn Beyləqan təhsil şöbəsi müdiri Xuraman Rüstəmovanın seçkidən sonra vəzifəsindən çıxarılacağı iddia edilir. Bu barədə obyektiv.info-ya rayondan daxil olan məlumatda qeyd edilir ki, Xuraman Rüstəmovanın yerinə Vaqif Abdullayev artıq yeni “kadr”da tapıb. Məlumata görə bu kadr vaxtı ilə İcra başçısı Vaqif Abdullayevi, rayon prokuroru Azər Süleymanovu və keçmiş təhsil şöbəsinin müdiri Tofiq Sadıqovu ölkə mətbuatında şantaj etmiş Raisə İsgəndərovadır. Bu məsələ ilə bağlı saytımızı bilgiləndirən mənbəmiz qeyd edir ki, Raisə İsgəndərova Beyləqan İcra hakimiyyətində başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən çıxarıldıqdan sona ölkə mətbuatına Vaqif Abdullayev haqqında müxtəlif tipli ilginc məlumatlar verməyə başladı. Hətta Raisə İsgəndərovanın həyat yoldaşı Bəhruz bir neçə dəfə Prezident Aparatına icra başçısından şikayət məktubu yazaraq onu korrupsiyada və özbaşınalıqda ittiham etmişdi. Mənbəmiz iddia edir ki, Raisə İsgəndərovanın Vaqif Abdullayev haqqında qalmaqallı məlumatı isə məşhur ŞUBA söz-söhbəti olmuşdu. Belə ki, həmin vaxt müxtəlif media orqanlarında çıxan məlumatda vurğulanırdı ki, Vaqif Abdullayev Beyləqan rayon Mədəniyyət Mərkəzinin işçisi Quliyeva F.(etik qaydaya uyğun adını yazmırıq) adlı xanımla yaxın münasibətdədir və icra başçısı həmin xanıma "Femina" şirkətindən qiyməti 5 min manat olan ŞUBA alıb. İcra başçısının icra hakimiyyətindəki eşq məcaralarını yayan Raisə İsgəndərova həmin ərəfədə Vaqif Abdullayevin qəzəbinə tuş gəlmişdi. Ancaq bu qəzəb o qədərdə uzun çəkmədi və cəmi 2 il sonra Raisə İsgəndərova Vaqif Abdullayevə 10 min manat rüşvət verərək 7 saylı məktəbin direktoru təyin edildi. İcra başçısının puldan ötrü hər şeyi edən biri olduğunu bilən Raisə İsgəndərova indi də pul verib, Xuraman Rüstəmovanın yerinə keçmək istəyir. Məlumata görə, Xuraman Rüstəmovanın oğlunun iş yoldaşını bıçaqlaması və bu məsələnin ölkə gündəminə düşməsi Raisə İsgəndərovanı xeyli sevindirib. Təhsil şöbəsi müdirinin sonuncu qalmaqaldan sonra vəzifəsindən çıxarılacağı artıq hər kəsə məlumdur.Məhz buna görədə Raisə İsgəndərova Vaif Abdullayevlə anlşaraq, yəni hesabını verərək təhsil şöbəsinin müdiri olamaq istəyindədir. Hətta buna görə 7 saylı məktəbin direktoru artıq pul toplamaqla da məşğuldur.
Bildirək ki, növbəti yazımızda icra başçısı Vaqif Abdullayevin iş adamı Vuqarla sauna və F.Q adlı xanımla məcaraları barədə ilginc məlumatlar verəcəyik.
Yenixeber.org-dan: qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam