Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Bursaspor"dan ayrılan Azərbaycan millisinin futbolçuları yeni komandalarında fərqli qrafik cızırlar

 

Qış fasiləsində Türkiyə “Bursaspor”undan ayrılan Azərbaycan millisinin futbolçuları Deniz Yılmaz və Ozan Can Kökcü yeni klublarında fərqli qrafik cızırlar

 

Yenixeber.org: Super Liqa təmsilçisi “Gənclərbirliyi”inə keçən Yılmaz orada da əsas heyətə düşməkdə çətinlik çəkir. Ümumilikdə 5 matçda 201 dəqiqə forma geyinən 29 yaşlı hücumçu heç bir qarşılaşmada “11-lik”də yer almayıb. O, “Gənclərbirliyi”nin Türkiyə Kubokunda səfərdə “Beşiktaş"a 1:3 hesabı ildə uduzduğu görüşdə qol vursa da, baş məşqçi Ümit Özatın daimi etimadını qazana bilməyib.

Əvəzində Hollandiyanın I Divizionundakı “Valveyk”ə icarəyə göndərilən Ozan Can Kökcü yaxşı oyunu ilə ön plana çıxmağı bacarıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandasında özünü doğruldub. Ümumilikdə 10 görüşdə 694 dəqiqə meydanda olan Kökcü 3 məhsuldar ötürmə verib. O, baş məşqçi Rəşad Sadıqov tərəfindən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığmaları ilə səfər matçları üçün U-21 millisinə dəvət alıb. 

Qeyd edək ki, Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanov martın 23-də Belarus, 4 gün sonra isə Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunları üçün Deniz Yılmaza dəvət göndərməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam