Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bitkoinin qiyməti 8 min dollardan aşağı düşüb

 

 

Bu gecə bitkoinin qiyməti 8 min ABŞ dollarından aşağı düşüb

 

Yenixeber.org: Buna səbəb martın 19-20-də Buenos-Ayresdə keçiriləcək G20 sammitində kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı gözlənilən müzakirələrdir. 

Son günlər kriptovalyuta bazarı, xüsusilə bitkoinlə bağlı bədbin xəbərlərin yayılması bu bazarın ümumi kapitallaşmasının 300 mlrd. dollar düşməsinə səbəb olub. Belə ki, "Facebook" sosial şəbəkəsindən sonra "Google"da kriptovalyutaların reklamına qadağa qoyduğunu açıqlayıb. Həmçinin Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristin Laqard kriptovalyutalara nəzarəti gücləndirməyin zəruri olduğunu deyib. 

Xatırladaq ki, bitkoinin inkdiki səviyyədə kapitallaşması bu il fevralın 6-da qeydə alınıb. Həmin vaxt kriptovalyutaya investisiyalar 277 mlrd. dollar təşkil edib. Bu bazarın rekord həddə kapitallaşması isə bu il yanvarın 8-də (830 mlrd. dollar) baş verib. Hazırda bu göstərici rekord həddən 64% və yaxud 530 mlrd. dollar aşağıdır. 

"Report"un analitik qrupu kriptovalyutalarda satışların həftənin sonuna qədər davam edəcəyini, daha sonra bazarın sabitləşəcəyini və tədricən yüksəlişə keçəcəyini proqnozlaşdırır. Buna səbəb, hazırkı qlobal iqtisadi vəziyyətdə G20 ölkələrinin hər hansı sərt açıqlama verərək maliyyə böhranına səbəb olmaq istəməməsidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam