Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda narkotik vasitələri daxili orqanda gizlətmiş şəxs saxlanılıb

 

 

Narkotik vasitələrin gömrük nəzarətindən yayınmaq üçün ən çirkin üsullardan istifadə etməklə ölkə ərazisinə gətirilməsilə bağlı daha bir fakt qeydə alınıb

 

Yenixeber.org: Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, bu hal DGK-nın Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda baş verib.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana birlikdə piyada gələn ölkə vətəndaşları saxlanılıb. Ələsgərov və Ağayeva soyadlı həmin vətəndaşların üzərində şəxsi yoxlama zamanı tibbi baxışa zərurət yarandığı üçün onların daxili orqanları rentgen müayinəsindən keçirilib.

Nəticədə, xanım vətəndaşın cinsiyyət orqanında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 7,626 qram olan heroin, 1 bükümdə xalis çəkisi 0,382 qram olan tiryək, 79 ədəd metadon adlı həb və güclü təsiredici maddə - 138 ədəd preqabalin adlı dərman preparatı aşkar edilib.

Fakt üzrə ilkin izahatında Ələsgərov soyadlı şəxs bu əməli Ağayeva ilə birlikdə törətdiyini etiraf edib. O, vətəndaş nigahında yaşadıqlarını, İranda olarkən adı çəkilən maddələri birlikdə əldə etdiklərini və həmin maddələri Azərbaycan ərazisinə qeyd edilən çirkin üsuldan istifadə etməklə gömrük nəzarətindən gizli keçirmək istədiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam