Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı başlayıb

 

 

© Report/ Elchin Murad

Yenixeber.org: Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” rolu mövzusunda beynəlxalq konfransı başlayıb.

Konfransda ATƏT PA-nın sədri Georgi Tsereteli, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustanın xarici işlər naziri Soqbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komisssessiyasının Daimi Katibliyinin Baş katibi Miçea Çiopraqa, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhua, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrpunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviç və digər ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri iştirak edirlər.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam