Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Türkiyə klubunun Azərbaycan millisinə dəvət olunan futbolçusu zədələnib

Azərbaycan milli komandasına dəvət alan Türkiyənin I Liqa klubu “Samsunspor”un futbolçusu Ufuk Budak zədələnib

 

 

        Yenixeber.org:                            28 yaşlı sol cinah müdafiəçisinin XXVII turda səfərdə “Qaziantepspor”a 1:2 hesabı ilə uduzduqları görüşün 66-cı dəqiqəsində qasıq nahiyyəsində problem yaranıb. “Samsunspor”un həkimi Mehmet Özden bildirib ki, Budakın martın 18-də “Boluspor”la ev qarşılaşmasında meydana çıxıb-çıxmayacağı aparılacaq müayinələrdən sonra bəlli olacaq. Futbolçunun zədəsi ciddi olacağı halda, onun Azərbaycan yığmasının mart toplanışına qatılması da sual altına düşəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi milli martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmır. Üstəlik, sol cinah müdafiəçisi Türkiyə Futbol Federasiyasında Türkiyə vətəndaşı kimi qeydiyyatdan keçib. Bu amil də onun yığmanın düşərgəsinə qoşulmaq ehtimalını azaldır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam