Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Tereza Mey Rusiyanı ittiham edib –Baş Kəşfiyyat İdarəsinin sabiq polkovnikinin zəhərlənməsində

 

tereza meyBöyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.

Yenixeber.org: TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə T.Mey Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı deyib.

“Artıq aydındır ki, cənab Skripal və onun qızı Rusiyada istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər”, deyə baş nazir bildirib.

O həmçinin insidenti Rusiyanın Böyük Britaniyaya qarşı məsuliyyətsiz hərəkəti adlandırıb. T.Mey bəyan edib ki, iki gün ərzində Rusiya tərəfindən S.Skripalın işi üzrə izahat gözləyir.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 2010-cu ildə Rusiya prezidenti olan Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam