Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Türkiyə və İran regionda çox böyük gücə malikdirlər…”–Gürcü politoloq

"Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü yeni formatdır. Düşünürəm ki, bu format regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək".

Yenixeber.org: Bu fikirləri gürcüstanlı politoloq Tengiz Txilava bildirib.

Politoloq deyib: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə regionda Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri, TAP, TANAP kimi böyük layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim region üçün deyil, dünya üçün faydalıdır və mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, zəngin karbohidrogen ehtiyatlarına malik olan İranın iştirakı ilə yeni siyasi formatın yaranması uğurlu perspektivlər vəd edir”.

Onun sözlərinə görə, üçtərəfli siyasi formatın genişlənməsi, İran kimi ölkənin bu formata qoşulması regionun iqtisadi inkişafı ilə yanaşı, təhülkəsizlik və sülhə də xidmət edəcək.

“Türkiyə və İran regionda çox böyük gücə malikdirlər. Onların Azərbaycan və Gürcüstan ilə birgə layihələrdə iştirakına böyük ümidlə baxıram. Hesab edirəm ki, yeni format tərəflərin hər biri üçün faydalı olacaq”, – deyə Txilava vurğulayıb/Azertac.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam