Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

30 min dollarlıq elmi dərəcə

      "Xeberinfo.com": Sovet dövründən qalma bir çox müəssələr özəlləşsədə,bir çox müəssisə və idarələr MMC kimi öz fəaliyyətini davam etdirdi. Maraqlıdır ki, belə idarələr dövlət müəssəslərinə öz ata-baba mülkləri kimi idarə etməyə başladılar.Bəzi idarə müdirləri isə hətta özlərinə külli-miqdarda rüşvət müqabilində alimlik dərəcəsi alaraq özlərini cəmiyyətə ziyalı kimi sırımağa calışırdılar.«Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayev də belə “ziyalı”lardan biridir. Qəmbər Bəybalayevin alimlik dərəcəsi alması barədə AZERİNFO.ORG-un elektron poctuna ilginc məlumat daxil olub. Məlumata görən Qəmbər Bəybalayev elmi ad alması üçün adı bizə bəlli olan lakin etika xatirinə yazmadığımız inistut direktorlarının birinə 30000 min dollar pul verib.Məlumatı verən şəxs bildirir ki, «Azərpoçt» MMC-nin baş direktoru həmçinin bir sıra ciddi maliyyə maxinasiyalarında da yaxından iştirak edir. Həmin məlumatlarda deyilir ki, hələ keçmiş rabitə naziri Nadir Əhmədovla şərikli şəkildə hərəkət edən sözügedən şəxs qısa müddətdə milyonçular sırasına daxil olub. Belə ki, «Aztelekom» İstehsalat Birliyində rəhbər olan zaman qara bazardan aldığı kabelləri baha qiymətə nazirliyə satan bu şəxs milyonlarla manatın silinməsində bilavasitə iştirak edib.Mənbə bildirir ki, bu cür əməliyyatları intensiv həyata keçirən Qəmbər Bəybalayev keçmiş nazir tərəfindən «Azərpoçt»a baş direktor təyin edilib.Mənbəmiz iddia edir ki, sabiq nazir Nadir Əhmədovun ən yaxın dostlarından olan Qəmbər Bəybalayevin ,keçmiş dostu ilə ortaq şirkəti də var. Məlumatlı mənbə bildirir ki,hər iki ortağın himayəsində iki böyük restoran da var.
  AZERİNFO.ORG

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam