Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dövlət yoxdursa, polis qorxursa... -Baş redaktordan Ramil Usubova AÇIQ MÜRACİƏT

 

 

Dövlət yoxdursa, polis qorxursa... - Baş redaktordan Ramil Usubova AÇIQ MÜRACİƏT

Yenixeber.org-a altun.az saytının baş redaktoru Süleyman Məmmədlinin övladına edilən hücumların qarşısının alınmaması ilə bağlı Daxili işlər naziri Ramil Usubova açıq müraciəti daxil olub. 

Müraciəti olduğu kimi sizə təqdim edirik:

Artıq bıçaq sümüyə dirənib. Yanvar ayından başlayan qarşıdurma 10 martda günə damğasını vurdu. Bu günə qədər tək başımıza kriminal qarşısında nədən bu qədər “aciz” qalmamıza aydınlığı, Suraxanı rayon polis idarəsinin baş müstəntiqi Pərviz Abdinov gətirdi.

05.03.2018-ci ildə oğlumun evinə, ucunda qan görünən silahlı basqınla əlaqədar açılmış cinayət işində ifadələrimizin yenidən alınması üçün məni və polisin diliylə desəm, “həyasız”, “tabe olmayan” basqınçıları Suraxanı polis idarəsində qəbul edən Pərviz Abdinov qeyri prosessual bir hərəkətə yol verdi. Vətəndaşın şəxsi mülkünə külli miqdarda maddi xəsarət yetirən, vətəndaşın mənzil toxunulmazlığı hüququnu pozaraq, vətəndaşın razılığı olmadan, balta-çəkiclə evin pəncərə şüşələrini qırmaqla mənzilə daxil olan Təbib Aslanov, arvadı Nailə, oğlu Həbib, qayınları Müşviq, Cahid, baldızı Arzu, Müşviq və Cahidin arvadlarını istintaqda ifadələrinin alınmasına cəlb etməli olduğu halda, bunlardan yalnız Tahir, Müşviq və Nailəni idarəyə dəvət etməklə kifayətlənmişdi. Bizim gördüyümüz o idi ki, basqınçılardan Cahid də polis idarəsinin qarşısında görünsə də, ifadəsinin alınmasına dəvət edilməmişdi, yaxud da edilmişsə də “saymamışdı”. 

Mən müstəntiq P.Abdinovun oğlumun evinə 05 martda silahlı basqın edilməsi ilə bağlı tərəflərə qanunu pozduqları, hüquqi dövlədtə hər cür zorakılığın yolverilməz olması barədə xəbərdarlıq edəcəyini gözləyirdim. Lakin baş müstəntiq P.Abdinov cinayət işini bir kənara qoyub, T.Aslanovun iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət etdiyi tələbinin müzakirəsinə başladı. Pərviz müəllim o qədər səmimi oldu ki, hətta Təbib Aslanovun haqlı olmasına, mənim mülküm üzərində sərəncam hüququmun Təbibin icazəsi olmadan həyata keçirməyə ixtiyarımın olmadığını belə iddia etdi. P.Abdinovun bu mövqeyi T.Aslanovu o dərəcədə riqqətə gətirdi ki, mənim jurnalist, S.Cəlaloğlunun qardaşı olduğumu baş müstəntiqə xatırladan T.Aslanov: “..Rəis, narahat olmayın, lazım gəlsə, evimi satsam da belə sizi müdafiə edəcəyəm”-deyib. Məhz 10 mart tarixdə baş müstəntiqin dəstəyini alan Təbib, Müşviq, Cahid, Həbib, Nailə, Arzu və digərləri, oğlumun evində olmadığından istifadə edib, həyətinin divarlarını uçurub. Və bunu məhz Suraxanı rayon polis idarəsinin müstəntiqi Fuad Bağırovla birlikdə 10 martda saat 17.30 radələrində evinə gedən oğlum görüb. 

Bütün bunlara qiymət verilməsi Daxili işlər naziri general-polkovnik cənab R.Usubovun, Baş prokuror Z.Qaralovun və prokurorluq orqanlarında polisə nəzarət edəcək qurumların səlahiyyətində olduğundan, bu işlə bağlı onların da yubanmadan mövqe bildirəcəkləri ümidindəyəm. 

Üç aydan bəri davam edən münaqişə ilə əlaqədar rastlaşdığım, cəmiyyəti də düşündürən bəzi mətləblərə aydınlıq gətirmək istəyirəm. Vətəndaş oğlumun evinin kommunal xətlərinin dəfələrlə kəsilməsi, dönə-dönə oğlumun evinə, ailəsinə yuxarıda adını sadaladığım “ərköyün” vətəndaşlarla bağlı, hətta DİN-nin 102 xidməti vasitəsilə Suraxanı polis idarəsinə, onun 31-ci polis bölməsinə təkrar-təkrar müraciətlərimiz heç bir tədbir görülmədən, cavabsız qalıb. Hər hücumdan sonra, hər özbaşınalıq qarşılığında bölmədən və idarədən aldığımız cavab bu olub; “biz, hadisə, ciddi xəsarət və ya ölüm olmadan müdaxilə edə bilmirik”. İş o həddə qədər uzanıb ki, sahə müvəkkili Elvin Cəfərovun və iki maşın post-patrul xidməti əməkdaşlarının gözü qarşısında, evimin kəsilmiş elektrik xəttini bərpa etmək üçün gələn Azərişığın əməkdaşını Tahir Aslanov, Müşviq və Cahid təhqir edərək, zorla, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə imkan verməyərək ərazidən uzaqlaşdırıb. Bu haqda məlumat, Asan xidmət vasitəsilə, 07 fevralda Azərişığın hesabına 167 manat pul ödədiyim müqabilində, 09 və 16 fevral tarixlərində Azərişığın işıq çəkməkdən imtina qərarında belə öz əksini tapıb. 
Dövlət yoxdursa, polis qorxursa... - Baş redaktordan Ramil Usubova AÇIQ MÜRACİƏT

Polis əməkdaşlarının fəaliyyətsizliyindən yuxarı orqanlara etdiyim şikayətlər belə təsirsiz qalıb. Qanunlardan az-çox başı çıxan biri olaraq, polisin münasibətindən hətta mən belə qənaətə gəlirəm ki, ya polis səlahiyyətlərini bilmir-işdən azad edilməlidir, ya polis cinayətkarlarla iş birliyindədir-kimliyindən asılı olmayaraq, orqandan atılmalıdır, ya da polis “arzuolunmaz” hesab etdiyi vətəndaşları, nəzarətində olan kriminalın əli ilə cəzalandırmaq istəyir ki, bu da nə hüquqi dövlət anlayışına, nə də polis əxlaqına sığan hərəkət deyil. Əks halda, dönə-dönə polisin gözü qarşısında məni, oğlumu və həyat yoldaşını təhqir edən, oğlumun evinə basqın edən Tahir, Təbib, Müşviq, Cahid, Nailə, Arzu və digər iki qadınlar haqqında polisin ölçü götürməməsi, polisin mənim və oğlumun bu adamların qanunsuz əməllərinə qarşı hər hansı bir addım atmamızı gözləməsinə nə ad vermək olar?...

Sonda bir daha üzümü Daxili İşlər naziri cənab R.Usubova tuturam. 

Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin qarantı ölkə Prezidenti, bu öhdəliyi həyata keçirən isə hüquq mühafizə orqanlarıdır. Hər bir vətəndaşın mülkiyyət hüquqları dövlət tərəfindən qorunur. Növündən asılı olmayaraq, hər bir qarşıdurma məhkəmələrdə həllini tapmalıdır ki, bizim problemlə bağlı da qarşı tərəfin Suraxanı rayon məhkəməsində baxılması üçün icraata götürülmüş iddia ərizəsi mövcuddur. Buna baxmayaraq, məhkəmə qərarı olmadan vətəndaşın mülkünü dağıdan cinayətkarlar haqda təsirli tədbirlər görməkdən imtina (?...) edən polis əməkdaşları, problemin həlli kimi oğlumun yaşadığı evini tərk etdirməklə, faktiki olaraq, vətəndaşın evinin yağmalanmasına, cinayətkar əməllərinin maneəsiz həyata keçirilməsinə münbit şərait yaradıb. Nəticə göz qabağındadır. Oğlum məktəbli övladı və hamilə həyat yoldaşı ilə birlikdə 05 mart tarixdən evinə girə “bilmir”. Ona görə yox ki, 5-6 “bespredel”in təzyiqindən qorxur, məhz ona görə ki, mən Azərbaycanda dövlətin varlığına, bu dövlətin başında hər bir vətəndaşının təhlükəsizlik qarantı olmağa and içmiş Prezidentinin olduğuna inanıram və aidiyyatı qurumların vəzifə səlahiyyətlərini icra etmələrini gözləyirəm. 

Əgər Dövlət yoxdursa..., əgər general-polkovnik Ramil Usubovun polisinin bir ovuc kriminala gücü çatmırsa..., özünü müdafiə etmək məcburiyyətində qalan vətəndaşın törədəcəyi hər bir əməlin məsuliyyətini də Dövlət və hüquq mühafizə orqanları öz üzərinə götürməlidir. 

Məmmədov Süleyman Cəlal oğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam