Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ayaqları ilə rəsm çəkən rəssamın əsərləri nümayiş etdiriləcək

 

Azərbaycan Fransız İnstitutunda ayaqları ilə rəsm çəkən rəssam-sənətkar Samirə Salmanovanın şəxsi əsər kolleksiyasının açılışı baş tutacaq

 

Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış 16 mart, saat 15.00-da olacaq.

Qeyd edək ki, 1981-ci ildə anadan olmuş Samirə “uşaq-serebral iflic” diaqnozu ilə anadangəlmə xəstə doğulub. O, yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir şey götürə bilmir, eşitməsi yaxşı olsa da danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq Samirədə İlahi tərəfindən verilmiş fitri istedad vardır. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Samirənin heç bir dərs almamasına baxmayaraq o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.

2002-ci ildə Moskvada keçirilən Beynəlxaq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atmışdır. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalareyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilib.

Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam