Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ötən il Azərbaycanda 638 insan böyrək çatışmazlığından ölüb

 

"Hazırda Azərbaycanda böyrək çatışmazlığı diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 3406 nəfərdir"

 

Yenixeber.org: M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Onun sözlərinə görə, xəstələrdən 1922 nəfəri kişi, 1484 nəfəri isə qadındır: "Xəstələrin 2022 nəfəri regionların, 1384 nəfəri isə Bakının payına düşür. Xəstələrdən ən balacasının 6 yaşı, ən böyüyün isə 84 yaşı var".

Şöbə müdiri əlavə edib ki, ölkədə ötən il 1226 yeni xəstə aşkar olunaraq hemodializ müalicəsi alır: "Onlardan 527-si Bakının, 799-u isə regionlardan olan xəstələrdir. Keçən il ölkədə böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb. Bunun da 392-si regionların, 246-sı isə Bakının payına düşüb. 2016-cı ildə ölüm göstəricisi xəstələrin 20,2 faizini təşkil edirdisə, bu rəqəm keçən il üçün 18,6 faizə düşüb".

F.Babayev qeyd edib ki, bu günə qədər 758 xəstəyə böyrək köçürülüb: "Keçən il isə 78 xəstəyə bu əməliyyat icra olunub. Böyrək xəstəliyi Azərbaycanda əsasən rütubətli və Qərb rayonlarında geniş yayılıb. Əhali kütləsinim həmin ərazilərdə çox olması bu xəstəliyin sayının artmasına səbəb olur. Böyrək xəstəliyinin əmələ gəlməsində nəinki qazanılmış böyrək iltihabı, eləcə də daş, hər hansı immunoloji problemlər, irsi genetik xəstəliklər də böyrək çatışmazlığı ilə fəsadlaşa bilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam