Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Həftəsonu Musiqili Teatrda 4 tamaşa nümayiş olunacaq

 

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq

 

Yenixeber.org: Teatrdan verilən məlumata görə, martın 10-da saat 12:00-da “Hacı-Qara” (M.F.Axundzadə), saat 19:00-da “Nuri-didə Ceyhun” (Ə.Əmirli), martın 11-də saat 19:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları ana dilimizdə təqdim ediləcək. 

Eyni zamanda Musiqili Teatr martın 11-də saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Bir dayan canavar” (R.Ağayev, A.Xayt, A.Kurlyanski) tamaşası ilə gələcək.

“Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşası Musiqili Teatrın 108-ci mövsümünün növbəti premyerasıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim ediləcək bu tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, layihənin ideya müəllifi və bədii rəhbəri isə Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. 

Tamaşalarda xalq artistləri Fatma Mahmudova, əməkdar artistlər, Novruz Qartal, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Əzizağa Əzizov, Anton Ferşdant, Ələkbər Əliyev, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Nicat Əli, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov və başqaları iştirak edirlər.

Tamaşalara 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam