Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-la Çin arasında "ticarət müharibəsi" gələn ay başlaya bilər

 

 

ABŞ gələn aydan Çin mallarına yeni gömrük rüsumları tətbiq edə bilər

 

Yenixeber.org: Məhdudiyyətlərin tətbiqi ilə bağlı son qərar aprel ayında veriləcək.

Agentliyin əldə etdiyi məlumata görə, ABŞ-ın Çinə qarşı belə davranışına səbəb bu ölkənin ondan "intellektual oğurluq" həyata keçirməsidir. Yeni tariflərlə yanaşı, ABŞ-da Çin investisiyalarına da məhdudiyyətlər qoyulması gözlənilir.

ABŞ prezidenti Donald Trampın Çinə qarşı ticarət müharibəsi elan etmək istəyindən imtina etməsi gözlənilmir. Belə ki, Trampın proteksionist qərarlarına qarşı çıxan onun baş iqtisadi müşaviri Qəri Konun (Gary Cohn) istefa verməsi ilə azad ticarət tərəfdarlarının mövqeyi zəifləyib. Tramp son açıqlamasında bildirib ki, digər ölkələrdən geri qaldıqda ticarət müharibələri təhlükə kəsb etmir: "Biz 30, 40, 60 və hətta 100 mlrd. kəsirlə üzləşmişik, ticarət müharibələri bizə yox, onlara zərər verəcək".

"Bloomberg" ABŞ-ın Çindən idxal olunan geyim və elektronika mallarına rüsumlar tətbiq edəcəyini, amerikalılara Çində investisiya qoymağa icazə verilməyən sahələrdə çinlilərə ABŞ-da qadağa qoyulacağının müzakirə edildiyini bildirib. 

"Report"un analitik qrupu ABŞ-ın Çinə qarşı "ticarət müharibəsi"nə başlaması durumunda Çin iqtisadiyyatında ciddi problemlər yaşanacağını proqnozlaşdırır. Belə bir vəziyyət Çində iqtisadi böhrana səbəb ola bilər ki, bu da nəticədə qlobal maliyyə böhranına çevrilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam