Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dələduz qadının şikayəti əsasında məhkəmə başlayıb

 

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Yasəmən Nəcəfovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəiqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında 1973-cü il təvəllüdlü Yasəmən Sabir qızı Nəcəfova Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Etibar Akif oğlu Musayevin etibarından sui-istifadə edərək 40 min manat pul alıb və qaytarmayıb. Daha sonra zərərçəkənlər ərizə ilə 17-ci Polis Bölməsinə müraciət ediblər. Bakıda qızıl alveri ilə məşğul olan qadınlar - Naibə Həsənova və Gülnarə Cəlalova da polisə müraciət ediblər. Onlar Y.Nəcəfova adlı qadının onlardan qızıl-zinət əşyaları alıb, pulunu ödəmədiyini bildiriblər. N.Həsənova Y.Nəcəfovanın ondan 15 min manat, G.Cəlalova isə 53 min manat dəyərində qızıl-zinət əşyaları aldığını və 3 il ərzində pulunu ödəmədiyini deyiblər.

Y.Nəcəfova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində şərti cəza seçilib və Y.Nəcəfova məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib və barəsində bərəat hökmünün çıxarılmasını istəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam