Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İKİLİ AGENTİN ZƏHƏRLƏNMƏSİ –“Rusiya xüsusi xidmətinin işi olduğu təsdiqlənsə…”

 

Böyük Britaniyanınconson_danisdi Xarici işlər naziri Boris Conson bəyan edib ki, əgər istintaq nəticəsində Rusiyanın ikili agenti Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində Rusiya hakimiyyətinin əli aşkarlanarsa, onda Böyük Britaniya buna “qətiyyətli” cavab verəcək.

Yenixeber.org: “Financial Times” məlumat verir ki, Rusiya hərbi kəşfiyyatının istefada olan 66 yaşlı polkovniki və onun 33 yaşlı qızı kritik vəziyyətdə Solsberi xəstəxanasına yerləşdiriliblər. Onları ötən bazar günü ticarət mərkəzi yaxınlığındakı otruracaqda huşsuz halda tapıblar.

Yerli polisin məlumatına görə, təhqiqatı Britaniya polisinin terror əleyhinə bölümü aparır və iki zərərçəkmiş şəxs “naməlum maddədən zəhərlənmə ehtimalıyla” bağlı olaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə əlaqədar London polisi bildirib: “Fövqəladə vəziyyətlə bağlı təhqiqatın polisin anti-terror bölümünə tapşırılması qərara alınıb, çünki onların bu məsələdə xüsusi bilik və təcrübələri var. İnsident hələlik terror aktı kimi təsnifatlandırılmayıb və indiki mərhələdə biz baş verən hadisə ilə əlaqdar tələsik nəticə çıxarmırıq”.

Məsələ ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən İcmalar Palatasında suallara cavab verərkən, Boris Conson deyib ki, Sergey Skripalın Böyük Britaniya ərazisində törədilən növbəti sui-qəsd hadisəsinin qurbanı olması barədə nəticə çıxarmaq hələlik tezdir. Amma o, bildirib ki, 2006-cı ildə Londonun mərkəzində yerləşən oteldə çayına radioaktiv polonium-210 tökülərək öldürülmüş FTX-nin keçmiş agenti Aleksandr Litvinenko ilə bağlı olan hadisəyə bənzər izləri burada da görmək olar.

Conson deyib: “Bilirəm ki, İcmalar Palatası üzvlərinin öz şübhələri olacaq və əgər bu şübhələr təsdiqini taparsa, onda bizim hökumət bu ölkədəki insanların və onların azadlığının qorunması üçün bütün lazımı tədbirləri görəcək. Mən barmağımla kimsəni göstərmir və kimsəni günahlandırmıram, lakin mən digər dövlətlərin hakimiyyətlərinə bəyan edirəm ki, Böyük Britaniya ərazisindəki günahsız insanların həyatına edilən heç bir qəsd cəzasız qalmayacaq”.

Boris Conson daha sonra deyib ki, Böyük Britaniyanın Rusiya ilə ciddi fikir ayrılıqları var və bu mühüm problem Rusiya tərəfindən Ukrayna ərazisinin ilhaq olunması və Suriya prezidenti Bəşər Əsədin dəstəklənməsidir.

Böyük Britaniya Xarici işlər naziri bildirib ki, İngiltərə bu yay Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında “adi heyətdə” təmsil olunmayacaq. Düzdür, daha sonra onun köməkçiləri deyiblər ki, nazir futbol komandasını yox, rəsmi şəxslərdən ibarət nümayəndə heyətini nəzərdə tutub.

skripal

2006-cı ildə Sergey Skripal məxfi məlumatları Britaniyanın “Mİ6” kəşfiyyat xidmətinə ötürməkdə ittiham olunmuşdu və o, bundan sonra dörd il Rusiya həbsxanasında cəza çəkmişdi. 2010-cu ildə Skripal Böyük Britaniyaya köçmüşdü. Belə ki, o, Nyu-Yorkda həbs edilmiş 10 rusiyalı agentlə dəyişdirildiyi üçün əfv olunmuşdu.

Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Britaniya mətbuatında Skripal ilə baş verən hadisənin Litvinenkonun işi ilə müqayisə olunması barəsində jurnalistlərin sulana cavab verərkən deyib: “Necə deyərlər, çox da gözləməyə ehtiyac qalmadı”.

Dmitri Peskov qeyd edib ki, təhqiqata kömək edilməsi məqsədiylə Britaniya tərəfindən onlara müraciət olmayıb. Peskov bildirib: “Gəlin gözləyək, Moskva qarşılıqlı fəaliyyət üçün həmişə açıqdır. İndi biz görürük ki, belə bir faciəvi hadisə baş verib, lakin hadisənin səbəbi barəsində bizdə heç bir məlumat yoxdur. Biz bu adamın nə ilə məşğul olduğunu və baş verənlərin nə ilə əlaqəli olmasını bilmirik. Siz onun Qərbə necə getdiyini bilirsiniz, mən bunu təkrarlamaq istəmirəm”.

Rusiyanın Londondakı səfirliyi Rusiya xüsusi xidmət orqanlarının bu işdə əli olmasını inkar edərək bildirib ki, bu Rusiyanın “şər qüvvə” kimi göstərilməsi cəhdidir. Səfirliyin hadisə ilə bağlı şərhində deyilir: “Skripal və onun qızının xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. Böyük Britaniya Xarici İşlər Nazirliyi bu haqda heç bir açıqlama verməyib, lakin KİV-lərdən belə təəssürat yaranır ki, söhbət Rusiya xüsusi xidmət orqanları tərəfindən planlaşdırılmış aksiyadan gedir. Bu isə həqiqətə qətiyyən uyğun deyil”.

skripal01

Polis Sergey Skripalın qonşusundan jurnalstlərin suallarına cavab verməməsini xahiş edib. Skripalın öz maşınını texniki baxışa verdiyi “Sartin Garage” avtoxidmət mərkəzindəki mexaniklər onun barəsində “çox nəzakətli, həmişə yaxşı geyinən və ingilis dilində yaxşı danışan” sözlərini söyləyiblər. Avtomexaniklər bildiriblər ki, onu axırıncı dəfə iki ay bundan əvvəl görüblər.

Onların dediklərinə görə, Sergey Skripalın təxminən 40 yaşlarında olan oğlunu axrıncı dəfə gördüklərində o çox pis görünürüb. Adını açıqlamaq istəməyən mexaniklərdən biri bildirib: ”Onun rəngi saralmışdı və həmçinin gözləri də sarı idi”.

“BBC” məlumat verib ki, Skripalın oğlu bu yaxınlarda ölüb, amma “Financial Times”-ın jurnalistləri bu məlumatı yoxlaya bilməyiblər.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam