Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“ALIŞANOV ŞAMAXIYA QARA BİR QIZLA GƏLİRDİ…”– AzTV sədri qətldə ittiham olundu! (Yeniləndi)

 

arif-alisanovBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Sücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Yenixeber.org: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Əkbərov vəsatət qaldırıb.

O, zərərçəkmiş Arif Alışanovun da məhkəmədə iştirak etməsini tələb edib. Buna görə də məhkəmə iclasının təxirə salınmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda məlum olub ki, zərərçəkmiş A.Alışanovun məhkəməyə mülki iddiası daxil olub. O, təqsirləndirilən S.Əkbərovdan 4 milyon 582 min manatın tutulmasını, həmçinin onun əmlaklarının üzərinə qoyulub, özünə yönləndirilməsini istəyib.

Mülki iddia məhkəmə icraatın qəbul edilib.

Prosesdə təqsirləndirilən S.Əkbərovun vəkili vəsatət qaldırıb. O qeyd edib ki, müvəkkilinin səhhətində problem var və buna görə də onun barəsində tibbi ekspertiza keçirilməlidir.

Təqsirləndirilən S.Əkbərov da səhətində problem olduğunu, tibbi ekspertizanın keçirilməsini istəyib: “Bu iş yaxşı araşdırılmalıdır, bunun bir ucu gedib, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır”.

Məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən sonra vəsatətin təmin edilmədiyi elan olunub..

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə S.Əkbərov, Q.Cəbiyev və Z.Şirinov özlərini təqsirli bilmədiklərini deyiblər. Onlardan yalnız A.Hüseynov özünü qismən təqsirli bildiyini söyləyib.

Daha sonra təqsirləndirilən Sücayət Əkbərov sərbəst ifadə verib. O, qeyd edib ki, A.Alışanovu 2007-ci ildən tanıyır: “Arif Alışanov Şamaxıya torpaq almağa gəlirdi. Mən də orada “makler”lik edirdim. Bunun əvəzində pulumu alırdım. Pulları onun kürəkəni gətirirdi. Bir müddət problemimiz olmadı. 2011-ci ildə Arif Alşanov mənə zəng edib dedi ki, kürəkəni Fəridin adına olan torpaqları öz həyat yoldaşı Mehriban xanımın adına keçirim. Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı”.

Ş.Əkbərov dindirilən zaman söyləyib ki, 2013-cü ildə Şamaxıda 6 hektar torpaq alınıb:“Ümumilikdə alınan torpaqlar onun qızlarının, ailə üzvlərinin, sürücüsü Hacı Balayevin adında olub. Torpaqların kimin adından kimin adına keçməsini bilirəm. 6 hektara alınan torpaq isə Hacının adına qeydiyyatda olub”.

S. Əkbərov deyib ki, Arif Alışanov torpaq almağa gəzdiyi “qara bir qızla” gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham edib.

Təqsirləndirilən şəxs bildirib ki, A.Alışanovun 2011-ci ildə Şamaxıda ümumilikdə 120 hektar torpaq sahəsi olub. O ifadəsində vurğulayıb ki, A.Alışanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudoun yaxın adamı olub: “2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Arif Alişanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o kimlərinsə vasitəsilə sıvışıb çıxdı. Bunlar öz cinayətlərini ört-basdır etdilər. Mənim əlimdə faktlar da var”.

S.Əkbərov daha sonra söyləyib ki, maşınında tapılan silahlar özünə aid deyil: “Həmin silahları mənim maşınıma qoyublar. Mən heç əsgərlikdə avtomat da atmamışam”.

O, A.Alışanovu öldürmək istəmədiyini, onun əmlaklarını mənimsəmədiyini və günahsız olduğunu deyib: “Onu öldürməklə mən nə qazanacaqdım ki? Arif Alışanov Şamaxıya gəlib torpaq alanda mənə pul verirdi. Mən tək ona torpaq almaqda yardımçı olmamışam, bir neçə tanınmış şəxsə də torpaq almaqda köməklik etmişəm. Bu işləri bura gətirib çıxaran Hacıdır (Arif Alışanovun sürücüsü Hacı Balayev). Hər şeyi o etdi”.

Prokurorun suallarını cavablandıran S.Əkbərov qeyd edib ki, torpaq almaq üçün A.Alışanovdan ayrı-ayrılıqda 300 min, 19 min və 35 min manat pul alıb: “Digər alqı-satqı məsələlərində Hacı olub. Pulu da o gətirirdi. Mən həm torpaq satandan, həm də torpaq alandan pul almışam. Sənədləşmə işlərini mən aparmırdım.”

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, S.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. S.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları S.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə S.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam