Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

AFFA belə maliyyələşir-HESABAT

 

 

Ötən ildə AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi 849 min 733 manat təşkil edib.

Yenixeber.org: Bu barədə AFFA-nın bu gün keçirilən Hesabat Konfransında açıqlama verilib. Maliyyə və Mühasibat Departamentinin 2017-ci il üzrə Hesabatında qeyd olunub ki, bunun 8 milyon 234 min 150 manatı baş sponsor SOCAR-dan, 6 milyon 260 min 268 manatı UEFA-dan, 5 milyon 955 min 600 manatı milli komandanın yayım hüququnun satışından, 2 milyon 718 min 896 manatı FIFA-dan, 2 milyon 538 min 981 manatı “AzərİdmanServis”dən, 698 min 416 manatı “Bakcell”dən, 177 min manatı “Paşa Sığorta”dan, 112 min 100 manatı “Boulevard Hotel”dən, 94 min 400 manatı “Coca Cola”dan, 818 min 494 manatı isə digər mənbələrdən daxil olub.

Assosiasiya 2017-ci ildə 21 milyon 573 min 667 manat xərcləyib.

Bunun 10 milyon 154 min 918 manatı milli komandalara (əsas, U-21, U-19, U-17, U-16, qadınlar üzrə U-21, U-19, U-17, U-15, futzal, çimərlik futbolu), 3 milyon 288 min 43 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 2 milyon 340 min 815 manatı uşaq və gənclər futbolunun inkişafı, qızlar və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlər və beynəlxalq layihələrin həyata keçirilməsinə, 1 milyon 445 min 308 manatı hakimlər və hakim-inspektorlara, 490 min 889 manatı təsərrüfat xərclərinə, 1 milyon 83 min 125 manatı oyunların təşkilinə, 407 min 534 manatı aviabilet və otel xərclərinə, 265 min 869 manatı nəqliyyat xərclərinə, 228 min 106 manatı kommunal və rabitə xərclərinə, 203 min 34 manatı təhsilə, 297 min 235 manatı Marketinq və Sponsorluq Departamentinə, 55 min 596 manatı “Cross Culture” layihəsinə, 102 min 896 manatı “Elit Məşq” layihəsinə, 136 min 161 manatı Media Komitəsinə, 77 min 396 manatı “Futbol dərsi” layihəsinə, 244 min 439 manatı “Bakı AVRO-2020” layihəsi ilə bağlı hazırlıq işlərinə, 752 min 303 manatı isə digər xərclərə sərf olunub.

Qeyd edək ki, hesabatda yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Vergilər üzrə hərəkət 2 milyon 353 min 147 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam