Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sülhəddin Əkbər:Seçkinin önə çəkilməsi kəşfiyyat məlumatına görə olub

 

Yenixeber.org: Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər seçkilərin önə çəkilməsinin səbəbləri, müxalifətin mitinq qərarı və digər aktual məsələlərdən danışıb.  AzDP sədrinin AzEuroNews.com-a müsahibəsini təqdim edirik:

  Sülhəddin bəy, partiyanızın seçkilərdə iştirakla bağlı qərarı nədən ibarətdir?

– Növbədənkənar prezident seçkiləri təyin olunanda partiyanın İdarə Heyətində bu məsələ müzakirə olunub.

Bu seçkinin növbəli yaxud növbəsiz keçirilməsindən asılı olmayaraq, ölkədə heç bir seçki mühiti yaradılmadığına, hətta bunun görüntüsü olmadığına görə seçkidə iştirakdan imtina qərarı vermişik.

Heydər Əliyevin hakimiyyəti illərində heç olmasa seçki görüntüsü yaradılırdı. Bu seçkidə isə heç bir demokratik şəraitdən söhbət gedə bilməz və partiyanın nüfuzuna ciddi zərbə vurmamaq üçün seçkiyə getməmək qərarı qəbul olunub.

–  O halda müxalifətin 10 mart mitinqində iştirak edəcəksinizmi? Çünki Müsavat və Milli Şura da seçkini boykot edib…

–  Bu məsələ də partiyada müzakirə olunub. Lakin mitinq qərarının verilməsində hər hansı formada iştirakımız olmayıb.

Partiyamıza şifahi yaxud yazılı şəkildı dəvət, müraciət olmayıb. Ona görə də mitinqə qatılmayacağıq. Ancaq hər kəs vətəndaş olaraq mitinqdə iştirak etməkdə sərbəstdir.

–  Sülhəddin bəy, müxtəlif analitik rəylər olsa da, ciddi arqumentlərlə əsaslandırılmır. Sizcə, hakimiyyət seçkini niyə 6 ay qabağa çəkdi?

–  Bu, çox geniş təhlil tələb edən hadisədir. Seçkilərin erkən keçirilməsinin konkret səbəbləri var. Bu səbəblər həm daxili, həm xarici faktorlardır.

Amma həlledici olan məsələ Amerikanın yanına aldığı koalisiyanın 11 yanvarda Vaşinqtonda keçirdiyi gizli toplantıdır.

Bu toplantı barədə ingilis tərəfi informasiya sızdırıb. Həmin konfidensial toplantıda Səudiyyə Ərəbistanı, İordaniyadan da nümayəndələr iştirak ediblər.

Həmin müzakirələrdən Azərbaycanda keçirilən seçkilərlə bağlı detallar var. Yəni, Amerika koalisiyasının Yaxın Şərqdə gedən proseslər və İranla bağlı qərarları olub.

Bu regional müharibənin böyüməsi və Azərbaycana yayılması ehtimalına görə seçkilər önə çəkilib. Görünür ki, hakimiyyətə ciddi kəşfiyyat məlumatları sızıb.

Çünki oktyabra qədər Türkiyə və İranda ciddi proseslərin gedəcəyini görəcəksiniz və bunun bizə təsirləri olacaq. Odur ki, qabaqlayıcı tədbirlər görülüb.

–  Seçkinin aprelə təyin olunması ilə təhlükənin sovuşduğunu hesab etmək olarmı?

–  Ən azından oktyabrda, qaynar hadisələrin ortasında seçkilərin keçirilməsi ilə bağlı qabaqlayıcı addım atılıb. Bu prosesin böyüyərək birləşməyindən narahat olublar.

Digər tərəfdən, hakimiyyət daxilində parçalanma var, Qərbin öz tələbləri var. Ona görə də apreldə seçkini sakit, təhlükəsiz keçirmək qərarı verilib. Martdan sonra siz həmin tələblərin yerinə yetirilməsinin hissə-hissə şahidi olacaqsınız.

–  Yəni, gözləntiləriniz nədir, islahatların olacağını düşünürsünüz? 

Bəli, əsas gözləntim əfv və ya amnistiya ilə əlaqədardır. Qərbin əsasən də İlqar Məmmədov və Əli İnsanovun azadlığa buraxılması barədə tələbləri var.

Eyni zamanda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük, Avropa Birliyi ilə yeni sazişlər, iqtisadi islahatlar, ata Əliyevdən qalan kadrların yola salınması da bu sıradadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam