Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan filmlərində rol alan məmurlar- VİDEO

 

 

 Azərbaycanda çəkilən film və seriallarda bəzən incəsənətdən uzaq simalara da rast gəlmək mümkündür

 

Yenixeber.org: Onlar arasında sonradan rəsmi qurumda işləyən, yaxud filmə çəkilərkən dövlət qurumunda çalışan şəxslər də var.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Fransız” filmində epizodik bir rol olan Fransa səfirliyinin əməkdaşı obrazını canlandırıb.

Baş nazirin müavini Elçin Əfəndiyev “Dantenin yubileyi” filmində tamaşaçı rolunu ifa edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Qorxma, mən səninləyəm” filmində Teymur rolunu oynayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli “Tütək səsi” filmində Tapdıq, “Əgər bir yerdəyiksə” filmində Məmməd, “Arxadan vurulan zərbə” filmində isə Fazil rolunda çıxış edib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Biznesmen” filmində baş rolu canlandırıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov "Sonuncu fəsil" serialında Mamed obrazında, "Vicdan" haqqı" serialında Saleh Rzayev obrazında və "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" filmlərində çəkilib.

"Azərbaycanfilm" kinostudiyasnın rəhbəri Müşfiq Hətəmov “Küçələrə su səpmişəm” filmində kuryer obrazını canlandırıb.

Dövlət işçisi olmasa da, tanınmış ictimai xadimlərdən Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Var olun, qızlar..” filmində Murad, “Xatirələr sahili” filmində isə redaksiya işçisi obrazını canlandırması maraqla qarşılanıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam