Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir"

"Namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir"

 

 

Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin müsahibədə iştirak etməmələri onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Dövlət İmtahan Mərkəzinin (DİM) məlumat bazasında qeydiyyata alınır

 

Yenixeber.org: Mərkəzdən verilən məlumata görə, martın 1-də DİM tərəfindən bu il yanvarın 11-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN" xidmət mərkəzi daxil olmaqla 15 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 110 müsahibədən 56-sı baş tutub, 54 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 21-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib:

"Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər. Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam