Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordanAÇIQLAMA

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan

 

 

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu universitetdə təhsil alan əcnəbi tələbələrin xaric edilməsi barədə yayılan məlumatlara münasibət bildirib

 

Yenixeber.org: Rektor açıqlamasında bildirib ki, tələbələrin universitetdən qovulmasının səbəbkarı özləridir.

N.Əliyeva qeyd edib ki, tələbələrin qovulmasının səbəbi onların ölkədə müvəqqəti yaşamaq üçün icazəni qanunsuz olaraq, artıq müddətə almasıdır: "Belə bir qayda var ki, əcnəbi tələbələr Azərbaycanda yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə alırlar. Bu zaman mərhələ-mərhələ, kiçik müddətlərlə icazə alınır. Onlarsa gedib birdən-birə 5 illik icazə alıblar. Bu da qanunaziddir. Ona görə də o tələbələr qovulurlar. Dövlət Miqrasiya Xidmətinin özü də deyir ki, o tələbələr qovulmalıdırlar. Hələliksə tələbələrdən heç biri qovulmayıb. Onların qovulması hələ sual altındadır. Çünki Dövlət Miqrasiya Xidməti onlara icazə versə, qalacaqlar, əgər verməsə, gedəcəklər. Buna görə də hazırda qovulan tələbə yoxdur".

N.Əliyeva hazırda magistraturada təhsil alan 2 əcnəbi tələbənin bununla bağlı probleminin olduğunu söyləyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam