Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Təhsil Şöbəsində əlbəyaxa dava

 

Şamil Nurəliyevin pul qarşılığında dərs saatlarını bölməsi müəllimlərlə onun arasında münaqişəyə səbəb olub

 

    "Xeberinfo.com": Saatlıda yeni dərs ilinin başlaması birincilər üçün nə qədər sevincli olsa da, müəllimlər üçün acınacaqlı hadisə ilə yadda qalıb. JAM.AZ xəbər verir ki, dünən rayon Təhsil Şöbəsinin binasında müəllimlərlə yerli şöbənin müdiri Şamil Nuraəliyev arasında dava düşüb. 
Hadisə şahidlərinin verdiyi məlumata görə, olay ilk olaraq Təhsil Şöbəsinin binasının içində başlayıb. Kənd və rayon məktəblərinin direktorları ilə müəllimləri arasında başlayan problem, sonradan təhsil şöbəsinin müdiri ilə müəllimlər arasında start götürüb. Verilən məlumata görə, söz «atışması» ilə başlamış proses sonradan şöbənin binasının qarşısında əlbəyaxa davaya çevrilib. 
Məlumatı verən şəxslər belə biabırçılığın hansı səbəbdən baş verdiyini də qeyd ediblər. Onların bildirdiyinə görə, Saatlı təhsil şöbəsinin müdiri Şamil Nurəliyevlə müəllimlər arasında əlbəyaxa davanın düşməsinə səbəb dərs saatlarının düzgün bölüşdürülməməsidir. Belə ki, şöbə müdiri bəzi müəllimlərə 24 saat, bəzilərinə 12 saat dərs saatı verməklə kifayətlənmək istəyib. 
İddialara görə, hətta bəzi orta məktəblərdə ixtisaslı müəllim olduğu halda onlara aid olan dərslərin böyük bir qismi həmin fənnə yaxından və uzaqdan heç bir bağlılığı olmayan şəxslərə verilib. Məlumatda o da iddia edilir ki, Şamil Nurəliyevin belə bir addım atması qəsdən olub və proses pul qarşılığında reallaşdırılıb. Yəni, pul verən müəllimlərə yetərli qədər dərs saatı ayrılıb, verməyənlər isə şikayət üçün Saatlı Təhsil Şöbəsinin binasına gəliblər. 
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam