Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bölgələrdə buraxılış imtahanlarının keçirililəcəyi TARİXLƏR açıqlandı

 Bölgələrdə buraxılış imtahanlarının keçirililəcəyi TARİXLƏR açıqlandı

 

Dövlət İmtahan Mərkəzi bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin keçirilmə tarixlərini açıqlayıb

Yenixeber.org: Mərkəzdən verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi 2018 ci il 04, 11, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcəkdir

04.03.2018 tarixində Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasında, 11.03.2018 tarixlərində Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabranda, 18.03.2018 tarixində Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir,Balakən, Zaqatala,Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik,Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda keçiriləcək.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam