Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sürüşmə sahəsində yeni cihazlar quraşdırılacaq

Sürüşmə sahəsində yeni cihazlar quraşdırılacaq

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar - reperlər quraşdırmağı nəzərdə tutur

 

Yenixeber.org: Bunu nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazinin hazırki vəziyyəti orada tədqiqatların aparılması üçün mayakların quraşdırılmasına imkan vermir:

"Yer səthindəki çatlar elədir ki, orada mayakla hərəkətləri izləmək mümkün olmur. Yer səthində çox kiçik tərpəniş olan kimi gips mayaklar çatlayırdı. Səthdə böyük çatlar olduğu üçün artıq onların üzərində mayaklar qoymaq olmaz. Ona görə də üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində topoqrafik reperlər quraşdırmağı nəzərdə tuturuq. Bu reperlər vasitəsilə ərazidə lap 1-2 mm tərpəniş olduqda da onları qeyd etmək mümkün olur".

Hazırda ərazidə reperlərin quraşdırılması üçün işlərin aparıldığını deyən Ə.Qaralov qeyd edib ki, yeni cihazların quraşdırılması tədqiqatların daha dəqiqliklə aparılmasına imkan verəcək.

Ə.Qaralov hazırda Bayıl sürüşmə zonasında vəziyyətin sabit olduğunu söyləyib.

O, hazırda Bakıda Zığ sürüşmə zonasında, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazilərdəki sürüşmə sahələrindəki prosesdə aktivləşmə müşahidə edilir. Hazırda bu ərazilərdəki çatların parametrlərində çox az böyümə müşahidə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam