Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məktəblilər arasında yeni müsabiqə başlayıb

Məktəblilər arasında yeni müsabiqə başlayıb

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərinin şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsinə start verilib. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsində müsabiqənin təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

 

Yenixeber.org: İdarədən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Təhsil nazirinin əmrinə əsasən, IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin Bakı şəhəri üzrə 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Müsabiqənin məktəbdaxili mərhələsi 28 fevral 2018-ci il tarixədək davam edəcək. Hər məktəbdən 1 nəfər olmaqla, ilk turu uğurla keçən şagirdlər 5-9 mart 2018-ci tarixlərində keçiriləcək rayon mərhələsinə qatılacaqlar. Rayon üzrə ən uğurlu hesab edilən 5 təqdimat 15-16 mart 2018-ci il tarixlərində təşkil olunacaq şəhər mərhələsinə keçmək hüququ qazanacaq. Şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimat isə 2018-ci ilin aprelində ölkə turunda iştirak hüququ əldə edəcək.

Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam