Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İranda yaşayan azərbaycanlılarDİL AZADLIĞI İSTƏYİR

İranda yaşayan azərbaycanlılar

 

 

"İranda yaşayan azərbaycanlılar ana dilini ailəsindən, ya da kitablardan öyrənir", qonşu ölkənin Təbriz şəhərində yaşayan və dilçilik üzrə mütəxəssis BBC Azərbaycancaya danışır

Yenixeber.org: Təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən İran azərbaycanlısı deyir ki, hər il fevralın 21-i Beynəlxalq ana dili günü onların "yarasının qaysağını qoparır" :

"Bizim, ana dili müdafiəçilərinin istəyi ana dilini öyrənmək deyil, ana dilində öyrənməkdir".

O əlavə edir ki, İranda yaşayan bəzi azərbaycanlılar orta məktəblərdə tədrisin azərbaycan dilində keçirilməyini istəyirlər:

"Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar savadlı sayılmaq üçün 32 hərf öyrənməlidirlər, biz isə yeni bir dil öyrənməliyik, yəni, ikinci bir adam olmalıyıq. Bu da ikiqat əzabdır", deyə təbrizli dil mütəxəssisi bildirir ki, insan öz hisslərini heç bir halda ana dilindəki kimi ifadə edə bilməz.

Kiçik şəhərlərdə ana dilini öyrədən kurslar yoxdur"

İranın iri şəhərlərində azərbaycan dilini öyrədən kurslar var, amma kiçik şəhərlərdə bu imkan yoxdur, BBC Azərbaycancanın müsahibi deyir.

"İranda olan azərbaycanlıların çoxu bu dili öz evində, analarından öyrənir. Uşaqlara bu dil, əsasən şifahi öyrədilir. Çoxları yalnız şifahi dili öyrənirdi, ancaq indi yeni nəsildə qrammatikanı öyrənməyə həvəs yaranıb", azərbaycanlı dilçi qeyd edir.

Onun sözlərinə görə, İranda azərbaycan dili üzrə mütəxəssislər var, amma kitablar, əsasən, ərəb əlifbasında olur. Heç azərbaycan dilində olan kitabların da satışı qadağan deyil, onları kitabxanalarda və kitab mağazalarında tapmaq olur.

Bundan əlavə, Azərbaycan Respublikasına gedib-gələndə də arzuedənlərlə azərbaycanca kitab ala bilirlər. Onlar latın əlifbası ilə yazılsa da kitabları oxumaqda çətinlik çəkmirlər.

Təbriz universitetində ana dilində tədris tələbi

Bir neçə gün öncə Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələri "ana dilində təhsil tələbi ilə etiraz aksiyası keçirib".

Kanadada yaşayan İran azərbaycanlısı, hüquq müdafiəçisi Vahid Qarabağlı BBC Azərbaycancaya bildirib ki, İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər".

BBC Azərbaycancaya danışan təbrizli tələbələrin sözlərinə görə, "ana dilində tədris haqqını əldə etməyənədək" onlar dinc mübarizələrinə davam edəcəklər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam