Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putinin əsas rəqibinin uğurunun səbəbkarı Ağalarov imiş

 

Rusiya prezidentliyinə ən iddialı namizədlərdən biri olan Pavel Qrudinin etiraf edib ki, “Lenin adına sovxoz” Azərbaycan mənşəli rusiyalı oliqarx Araz Ağalarovun dəstəyi ilə yaradılıb.

Yenixeber.org: Kommunist Partiyasından namizəd olan Pavel Qrudinin Rusiyada keçirilən seçki kampaniyasında böyük populyarlıq qazanıb. Federal televiziya kanallarının qapısı Qrudininin üzünə açılıb və o, çıxışlarında ideal sovxoz yaratmağa necə nail olması barədə danışıb. “Lenin adına sovxoz”da bir neçə min işçi çalışır və onlar əməkhaqqı və mənzillərlə təmin ediliblər. Qrudininin əsl təsərrüfatçı obrazı ona imkan verib ki, hazırda fəaliyyətdə olan prezident Vladimir Putindən sonra reytinqlərdə ikinci yerə yüksəlsin. Lakin Qrudininin məşhurluğu artdıqca o, televiziya efirindən uzaqlaşdırılmağa başlayıb və Rusiya KİV-ləri kommunist namizədə qarşı kampaniyaya start veriblər.

Misal üçün, “Tsarqrad” telekanalı diqqət yetirib ki, BBC-yə verdiyi müsahibəsində Pavel Qrudinin belə bir etiraf edib:

“Ağalarov bələdiyyə məktəbini təmir etməyə yardımçı olub – o vaxt bunun 40 milyon rubl xərci var idi və bu böyük məbləğ idi. Sonradan stadion, uşaq bağçası və körpələr evi tikməyə kömək etdi”.

 

Məqalənin müəllifləri hesab edirlər ki, bu dəbdəbəli uşaq bağçaları ayrıca götürülmüş bir yaşayış məntəqəsində “tərəqqipərvər sosializm”in nəticəsi deyil, sadəcə olaraq, azərbaycanlı maqnatla dostluğun bəhrəsidir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam