Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Bunlar əlillər üçündür, yoxsa əlilliyə aparan yollardır?"- Rəsmi cavab - FOTOLAR

"Bunlar əlillər üçündür, yoxsa əlilliyə aparan yollardır?"

 

 

"Biz onu düzəldirik ki, camaat yolu salamat keçsin, daha düzəltmirik ki, yıxılıb şikəst olsun"

 

Yenixeber.org: Bakı sakini Nuridə Həsənova paytaxtda yol və piyada keçidlərində fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün quraşdırılan panduslarla bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, bəzi yerlərdə bu panduslar əsl təhlükə mənbəyidir:

"Çoxları kimi mən də bu işləri təqdir edir, alqışlayıram. Lakin bir məsələ var ki, bu çox böyük narahatlıq doğurur ki, bu da bəzi pandusların üstünün sürüşkən mərmərdən döşənməsi ilə bağlıdır. Məsələn, belələrinə 28 May küçəsində rast gəlmək olar. Xatırladım ki, bir neçə il əvvəl bəzi parklarda və metronun "28 May" stansiyasında oxşar sürüşkən daşlardan istifadə edilən zaman bu məsələ bir dəfə kütləvi şəkildə gündəmə gəlmiş və böyük narazılığa səbəb olmuşdu. İndi vəziyyət daha təhlükəli ola bilər. Çünki panduslar mailidir və əgər azca qar və yağış yağsa, oradan keçən şəxslərin yıxılıb qol-qıçını sındırma ehtimalı daha çox olur. Sual olunur, bunlar əlillər üçündür, yoxsa əlilliyə aparan yollardır? Xahiş edirəm, bu məsələni aidiyyati qurumların nəzərinə çatdırın ki, vaxtında lazımi tədbir görsünlər".

Qeyd edək ki, ötən ilin dekabrın 9-dan etibarən paytaxtda yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma, eyni zamanda ümumi maarifləndirmə işlərinə başlanılıb. İşlər isə birbaşa Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılır. Ona görə də panduslarla bağlı BNA-ya müraciət etdik.

Milli.Az-ın müvafiq sorğusunu cavablandıran Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirdi ki, əslində, narahatlıq üçün heç bir əsas yoxdur, çünki sürüşkən görünən mərmərlər də ardıcıl olaraq normal hala gətirilir:

"Yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə piyada keçidləri panduslarla təchiz edilir. Onların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər, yəni taktil döşəmə və yan hissələrində piyadaların keçiddən istifadəsini stimullaşdırmaq və təhlükəsizliyini artırmaq üçün məhəccərlər quraşdırılır.

 

Bakı yollarında panduslar quraşdırılır - FOTO

 Panduslarda xəbərdaredici səthlər iki cür olur. Biri hərəkət etməni, digəri isə dayanmanı göstərir. Pandusların mailliyi səkilərə uyğun olaraq dəyişir və sürüşməyə davamlı səthdən ibarət olur. Onların quraşdırılması zamanı yalnız mövcud keyfiyyət standartlarına cavab verən məhsullardan istifadə olunur. Pandusların üzlükləri hamısı eyni materialdan hazırlanır. Sadəcə sonra həmin üzlüklərin sürüşkən səthi xüsusi qaydada yandırılır və bununla da sürüşkənlik tam aradan qaldırılır. Elə yerlər var ki, artıq yandırılıb normal hala gətirilib, amma eləsi də var ki, hələ yox. Biz onu düzəldirik ki, camaat yolu rahat, salamat keçsin, daha düzəltmirik ki, yıxılıb şikəst olsun. Ümumilikdə həm pandusların materiallarının keyfiyyətinə, həm də maililiyinə ciddi nəzarət edilir".

 

Şöbə müdiri qeyd edib ki, hələlik Bakının 5 rayonunda ümumilikdə 421 pandusun tikintisi planlaşdırılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam